KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıblar. Dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunublar. Oradan 1 ədəd alışqanı ilə birlikdə “RQH-D”, 1 ədəd “F-1” qumbaraları və 102 ədəd müxtəlif kalibrli avtomat və tapança patronları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 414