• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1608
— 24.04.2021 11:54

Yas və iftar mərasimlərinin qarşısı alındı

KepezTV Player

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Poylu kəndində karantin rejimi qaydaları pozularaq yas mərasimi təşkil olunduğunu müəyyən ediblər. Mərasim dayandırılıb, ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün məclisi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bundan başqa RPŞ-nin Köçvəlli Polis Bölməsinin əməkdaşları inzibati ərazidə karantin qaydalarına zidd olaraq, 20-yə yaxın vətəndaşın iftar mərasimi təşkil etdiyini aşkarlayıblar. Polis əməkdaşları tərəfindən həmin vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, onlara pandemiya qaydaları bir daha xatırladılıb.