• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1968
— 23.04.2021 15:54

Şəmkirdə toy mərasiminin keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinə rayonun Təzəkənd kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 6 nəfər şəxs barəsində protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Mərasimi təşkil edən 2 nəfər barəsində isə protokol tərtib olunmaqla baxılması üçün məhkəməyə göndərilib.