• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1620
— 23.04.2021 16:05

“Euronews” Azərbaycan xalçaları haqqında reportaj hazırlayıb

KepezTV Player

“Euronews” telekanalı kökləri çox qədimlərə gedən Azərbaycan xalçaları və onların istehsal sənəti barədə reportaj hazırlayıb. Reportajda qeyd olunur ki, xalçalar min illərdir ki, Azərbaycan incəsənətinin və mədəniyyətinin ayrılmaz hissəsidir. YUNESKO onları 2010-cu ildə bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edib. Ənənəvi Azərbaycan xalçaları sıx toxunuşa malikdir. Azərbaycanın xalçaçılıqla məşğul hər bölgəsinin özünəməxsus xalça naxışları var. Sujetdə dünyanın ilk xalça muzeyinin Bakıda yerləşməsindən, burada nəfis toxunuşlu xalçaların sərgilənməsindən, kövrək eksponatların isə iqlim şəraiti tənzimlənən xüsusi yerlərdə saxlanılmasından bəhs olunur. “Xalça Azərbaycanın, Azərbaycan mədəniyyətinin və xalqının rəmzidir. Bu, ulu babalarımızdan bizə miras qalan irsdir, əsrlər boyu nəsildən-nəslə ötürülüb. Xalça Azərbaycan xalqına o qədər əziz və yaxındır ki, hər evdə və hər ailədə xalça görə bilərsiniz. Bu, onu həyat tərzimizin çox vacib və ayrılmaz bir hissəsi edir”, - deyə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov “Euronews”un müxbirinə bildirib.