• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1614
— 23.04.2021 16:15

Türkiyənin bayramı Gəncədə qeyd olundu

KepezTV Player

23 aprel - Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə qardaş ölkənin Gəncədəki Baş Konsulluğunda tədbir təşkil olunub. Yığıncaqda çıxış edən Baş Konsul Zeki Öztürk 23 aprelin Türkiyə Cümhiyyətinin tarixində önəmindən danışıb, bu bayramın geniş qeyd edildiyini vurğulayıb. Uşaqlara hörmət və onların qayğısını çəkməyin vacib olduğunu deyən Zeki Öztürk təqvimdə bir günün balacalara həsr edilməsini sayğı əlaməti kimi qiymətləndirib. Daha sonra Cümhuriyyət və 23 aprellə bağlı hazırlanan videoçarx izlənilib. Sonda Gəncə Uşaq Evinin sakinləri türkcə səhnəcik nümayiş etdirib, şeirlər səsləndiriblər.