Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ tərəfindən qondarma erməni soyqırımının tanıdılması ilə əlaqədar addımların atılacağı barədə bir sıra beynəlxalq media orqanlarında məlumatlar getdiyi ilə bağlı sualı cavablandırarkən deyib. Qeyd edib ki, əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaq: "Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaq. Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək". Sitatın sonu.
- Baxış: 241