• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 971
— 23.04.2021 11:55

İcra nümayəndələri qətldə ittiham olunurlar

KepezTV Player

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Cəlilabadda baş verən qətllə bağlı birgə məlumat yayıb. 18 aprel 2021-ci il tarixdə rayon sakini, 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib. Araşdırmalarla Cəlilabad Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Mahmudov Famil Əzizağa oğlu, Seyidbazar kəndi üzrə nümayəndəsi İsmayılov Zeydulla İsmayıl oğlu və Türkiyə vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Əflatun Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyən edilib. Adı çəkilənlər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri və intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.