• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 23.04.2021 11:44

Qarabağa qayıdışla bağlı keçirilən sorğu başa çatır

KepezTV Player

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğu başa çatır. Onlayn-sorğunun fəaliyyəti 25 aprel saat 20:00-da dayandırılacaq. Bundan sonra məlumatların emalı və təhlili başlayacaq. Bu il fevralın 22-də açılan bu internet sorğusu ADA Universitetində yaradılan və müxtəlif elm-təhsil müəssisələrinin mütəxəssislərindən ibarət olan xüsusi Tədqiqat qrupu tərəfindən dövlət sifarişi əsasında keçirilir. Sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini aşıb. Bütün iştirakçıların fərdi məlumatları konfidensial saxlanılır.