• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1628
— 23.04.2021 09:44

Baş Prokurorluq qarşısında toqquşmalar olub

KepezTV Player

Ermənistan Baş Prokurorluğunun binası qarşısında polis əməkdaşları ilə etiraz aksiyasının iştirakçıları arasında toqquşmalar olub. Etirazçılar binaya yumurtalar atıb. Bundan sonra polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Aksiyaçılar polisə butulkalar atıb. Məlumata görə, gecə saatlarınadək prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürüb. Aksiya iştirakçıları Sünik vilayətinin icma liderlərinin azad olunmasını tələb edirlər. Etirazçılar bildirirlər ki, icma liderləri qanunsuz saxlanılıb. Toqquşma zamanı polis əməkdaşlarından biri xəsarət alıb. Qarşıdurma ilə əlaqədar 14 etirazçı həbs edilib.