"İsrail Azərbaycanın üçüncü ən böyük ixracat istiqaməti olaraq qalır". Bunu Azərbaycan İqtisadiyyat naziri və Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov bildirib. Mikayıl Cabbarov əlavə edib ki, Azərbaycan gələn il İsraildə turizm bürosu yaratmaq istəyir. “Gizli deyil ki, ikitərəfli ticarətdə neft və qaz sahəsi mərkəzi yer tutur. Xüsusən də turizm, kənd təsərrüfatı və aqrotexnika sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Həmçinin kiber müdafiə, təhsil, su ehtiyatları və səhiyyə sahəsində də əməkdaşlıq etmək istərdik" - deyə nazir bildirib. 2019-cu ildə İsraillə Azərbaycan arasında ticarət dövriyyəsi 1,4 mlrd ABŞ doları olub. Pandemiya səbəbindən ötən il bu göstəricilərdə geriləmə qeydə alınıb.
- Baxış: 237