• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 22.04.2021 20:12

İşğaldan azad edilən ərazilər minalardan təmizlənir

KepezTV Player

İşğaldan azad olunan ərazilərə həyatın qaytarılması qarşıda duran əsas vəzifədir. Bunun üçün ilk növbədə həmin ərazilər minalardan təmizlənməlidir. Minatəmizləmə Ağentliyi tərəfindən Vətən müharibəsi başa çatdıqdan sonra bu istiqamətdə işlər görülür.

İşğaldan azad olunan ərazilərdə minatəmizləmə işləri eyni vaxtda bir neçə istiqamətdə aparılır. Tərtərin rayon mərkəzindən Suqovuşana gedən yolda ərazilərin minadantəmizlənməsi prosesinə yanvar ayının sonlarından start verilib.

Yararsız hala düşməklə istismar müddətini başa vurmuş yola asfalt örtüyü çəkilib, yol xətti yenilənərək bərpa olunub.

Aparılan mizləmə əməliyyatları nəticəsində həm tank, həm də piyada əleyhinə müxtəlif təyinatlı 1090 ədəd mina aşkarlanıb. Və ANAMA əməkdaşları tərəfindən müvafiq qaydada zərərsizləşdirilib. Eyni zamanda ərazidən 1500-ə yaxın partlamamış hərbi sursat tapılaraq məhv edilib.

Bu ərazilər ermənilər tərəfindən sıx minalanıb. Dağıdıcı gücü daha yüksək olan bəzi minalar var ki, onların axtarıb tapılması çətinliklər yaradır. Və belə minlara partlayış zamanı daha çox zərbə dalğasına malikdir.

Suqovuşan istiqamətində ərazilərdən 15 mina xətti keçir. Bununla belə Minatəmizləmə Ağentliyinin əməkdaşları maksimum güc sərf edərək işlərin sürətlə aparılması üçün çalışırlar.

Hərbi sursatlarla çirkləndirilən ərazinin böyük olması və Ermənistan tərəfinin mina xəritələrini verməməsi, bundan imtina etməsi insanlıq əleyhinə yönələn növbəti hərbi cinayət hesab edilir.  Müharibə başa çatdıqdan 100-dən çox mülki vətəndaş yaralanıb və həlak olub.

Xüsusi təlim görmüş itlər 6 saat ərzində 800-600 kvadrat ərazinin təmizlənməsində işitrak edirlər.

İşğaldan azad olunan ərazilərə irəlilədikcə düşmənin Azərbaycan Ordusundan necə çəkindiyinin, qorxduğunun bir daha şahidi oluruq. Müdafə səddlərinin çoxluğu bunu deməyə əsas verir.

44 gün ərzində düşmənə gücünü göstərən Müzəffər Ordumuz qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirərək əraziləri işğaldan azad etdi.

Buna baxmayaraq ANAMA-nın əməkdaşları tərəfindən ərazilər lazimi tədbirlər həyata keçirilib, təhükə müəyyən qədər aradan qaldırılıb.