• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 22.04.2021 20:05

Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Qobustan kəndi ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimi keçirilib. Sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.Dövlət başçısı Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoyub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vulkanların yerləşdiyi ərazini gəziblər.