• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1727
— 21.04.2021 19:24

Şəhidlərin xatirəsinə bulaq kompleksi yaradılıb

KepezTV Player

Tovuzun Əyyublu kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsinə həsr olunan abidə-bulaq kompleksinin açılışı olub. Əyyublu kənd Xeyriyyə Fondunun inşa etdirdiyi bulaq kompleksinin açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri, kənd sakinləri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub. Daha sonra dövlət himni səsləndirilib. Bulaq kompleksinin açılışını bildirən lenti şəhid anaları kəsiblər. İştirakçılar Birinci Qarabağ savaşı və Vətən müharibəsi şəhidlərinin döyüş yolundan danışıblar. Vətən müharibəsində 44 günlük zəfərin təminatçıları olan qazilərimizə şəfalar dilənib.