• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1524
— 21.04.2021 16:24

2075 yeni yoluxma faktı qeydə alınıb

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 2480 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib. İndiyədək ümumilikdə 305 933 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4235 nəfər vəfat edib, aktiv xəstə sayı 31 733 nəfərdir. Ölkədə son sutka ərzində 12 679, hazırkı dövrədək isə 3 141 335 test aparılıb.