• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1648
— 21.04.2021 15:17

Yarım milyon mənimsəyən xəzinədar saxlanıldı

KepezTV Player

Rabitəbankın Lənkəran rayon filialının xəzinədarı Cəfər Sadıqzadənin qanunsuz hərəkətləri barədə araşdırma aparılıb. Qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilmiş kassadan ümumilikdə 563 min manat və 1300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.Cəfər Sadıqzadə şübhəli şəxs qismində tutulub.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.