• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 21.04.2021 15:49

Ağır yaralanan daha 12 qazi Türkiyəyə göndərilib

KepezTV Player

Ağır yaralanan daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatı sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi üçün 4 günlük təlimlərə başlanıb. Artıq 16 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub və bu sahədə işlər davam etdirilir. Yaxın zamanlarda daha 12 hərbçi elektron ayaq protezi ilə təmin olunacaq. Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizə də yüksək texnologiyalı protezlər veriləcək.