• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 21.04.2021 11:49

Yol polisinin reydi

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülərə qarşı tədbirləri davam etdirirlər. Göygöldə də analoji tədbirlər təşkil olunub.

Gəncədə keçirilən reyd zamanı polis əməkdaşları sürücülərlə profilaktiki söhbətlər aparıb, sürət həddinə riayət etməyin, ara məsafəsinin saxlanılmasının, dayanma-durma və digər zəruri qaydalara əməl olunmasının vacibliyini vurğulayıblar. Avtomobilində konstruksiya dəyişikliyi aşkar edilən sürücülər barəsində qanunamüvafiq tədbir görülüb. Reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi “VAZ 2115” markalı maşınla yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu, avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib edilib, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilən Həmidli, sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib.

Göygöl rayonunda sərxoş halda avtomobillərin idarə olunması və baş verə biləcək qəzaların qarşının alınması məqsədi ilə keçirilən reydlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və barələrində inzibati qərar çıxarılıb.