• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 20.04.2021 20:42

​Gəncə - Odessa qardaşlığı nə vəd edir?

KepezTV Player

Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və münasibətlərin möhkəmləndirilməsi yüksələn xəttlə davam edir. Qarşılıqlı ticarət və investisiyaların artan tendensiya ilə inkişafı bu ölkələrin regionları arasında da əlaqələrin qurulmasını şərtləndirir. Bu mənada Gəncə ilə Odessa şəhərlərinin qısa bir zamanda qardaşlaşması əsas məqsədlərdən biridir.

Azərbaycanla Ukrayna arasında iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın uğurlu təcrübəsi vardır. Və hər keçən gün bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymaqla sıx tellərlə bağlanır. Elə Gəncə ilə Odessa arasında əməkdaşlığın əsasının qoyulması bu məqsədə xidmət deməkdir. Qardaşlaşmış şəhərlər statusunda Gəncə-Odessa hava reysinin açılması, təhsil, ticarət və aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə mövzusudur. Son dövrlər Ukrayna hökumət dairələrindən nümayəndələrin Nizami yurduna səfəri qarşı tərəfin bu əlaqələrə necə önəm verdiyinin sübutu sayı bilər. Şərqi Avropa ölkəsinin infrastruktur naziri, Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri Vladislav Krikliyin ötən həftə Gəncədə şəhər rəhbərliyi ilə keçirdiyi görüşlər, sənayə müəssisələrinin fəaliyyəti ilə tanışlıq şəhərin potensialını dəyərləndirməyə hesablanıb.

Vladislav Krikliy Ukraynanın infrastruktur naziri:Bu şəhərlər qardaş olacaq. Bu səbəbdən çox vacibdir ki, əlaqələr sənədlər üzərində qalmasın, inkişaf etsin. Əməkdaşlıq müxtəlif sferalarda uğurla aparılsın. Təhsil, ticari-iqtisadi və nəqliyyat sahələrində əlaqələr yaransın. Nəqliyyat sahəsindəki əməkdaşlıq hesabına biz daha yaxın və mehriban olacağıq.

Gəncə ilə Odessa arasında əməkdaşlığın artıq ilk addımları atılıb. Təhsil sahəsindəki əlaqələr çərçivəsində Azərbaycan Dövlət və  Odessa Milli Aqrar Universitetləri arasında memorandum imzalanıb. Bu, anlaşma ali təhsil ocaqlarının tələbə mübadiləsi etməsinə, elm adamlarının təcrübə bölüşməsinə xidmət edəcək.

Vladislav Krikliy Ukraynanın infrastruktur naziri : Gəncə və Odessanın aqrar universitetləri arasında əməkdaşlıq yönündə razılıq əldə olunub və bunun nəticəsi olaraq memorandum imzalanıb. Hazırkı vəziyyətdə bu ikiqat aktualdır. İşğaldan azad olunan ərazilərdə aqrar sahənin inkişafı üçün kadrlar yetişdirmək lazımdı. Ona görə də bu istiqamətdə qarşılıqlı əlaqələrin qurulması, əməkdaşlıq aparılması son dərəcə aktualdır.

Gəncədə Ukrayna məhsulları şəbəkəsinə daxil olan dükanın açılması gələcəkdə Regional Ticarət Evinin fəaliyyətə başlamasına bununla da iki şəhər arasında daha əlverişli biznes mühitinin formalaşdırılmasına gətirib çıxacaraq.

Vladislav Krikliy Ukraynanın infrastruktur naziri: Yaxşı xəbər Gəncə sakinləri üçün birbaşa Gəncə - Odessa hava reysinin açılması üzərində aktiv olaraq apardığımız çalışmalardır. Odessa kurort, port şəhəridir və biznes qurmaq baxımından fəallığı ilə seçilən məkandır. İnanırıq ki, tezliklə nəinki Bakı – Kiyev, həmçinin Gəncə - Odessa təyyarə reysləri ilə birbaşa uçuşlar təşkil olunacaq.

Gəncə ilə Odessanın qardaş şəhərlər kimi rəsmiləşməsi sentyabr ayına planlaşdırılıb. Bu ərəfədə hər iki şəhər rəhbərliyi arasında ikitərəfli səfərlərin təşkili nəzərdə tutulub.