• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1752
— 20.04.2021 11:19

İsrailli jurnalistlərin azad olunmuş ərazilərə səfərləri davam edir

İsrailin "Hayom" qazetinin müxbiri Dean Şumel Elmas və "The Jerusalem Post" və "The Jewish Press" qəzetlərinin siyasi şərhçisi Arye Qutun Füzuli, Zəngilan və Qubadlıya rayonlarına səfərləri başlayıb.Media nümayəndələri bu rayonlardakı dağıntılar və erməni vandalizmi ilə əyani tanış olacaqlar. Jurnalistlər həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti, quruculuq, yenidənqurma işlərinin gedişini də izləyəcəklər.