• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 19.04.2021 19:08

Qohumunun evindən oğurluq etdi

KepezTV Player

Paytaxtın Yasamal rayonunda evdən oğurluq edilib. Naməlum şəxs mənzildə olan seyfi yararaq içərisində olan 70 min manat, 40 min ABŞ dolları məbləğində qızıl-zinət əşyalarını, habelə noutbuk və fotoaparatı oğurlayıb. Həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin yaxın qohumu Toğrul Axundzadə və İdris Salahov saxlanılıblar. Hər iki şəxs ifadəsində əməlini etiraf edib. Müəyyən edilib ki, qohumunun mənzilindən oğurluq etmək üçün evin və seyfin açarlarını İdris Salahova Toğrul Axudzadə verib. O, evdə heç kimin olmadığı barədə İ.Salahova məlumat verdikdən sonra sonuncu evə daxil olaraq həmin hadisəni törədib.