KepezTV Player
Nazirlər Kabinetinin Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq. Nazirlər Kabinetinin digər Qərarına əsasən, mayın 9-dan 16 may saat 6-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
- Baxış: 245