KepezTV Player
Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “Hövsan” yarımstansiyasının açılışında iştirak edib. 45 il əvvəl tikilən yarımstansiya müasir səviyyədə yenidən qurulub. Həmçinin məsafədən idarə olunan SCADA Dispetçer sistemi vasitəsilə “Maştağa” yarımstansiyasının yenidənqurmadan sonra açılışın da baş tutub. Bu yarımstansiya Sabunçu və Xəzər rayonlarının, xüsusən də Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, ümumilikdə 150 min nəfərə yaxın sakini elektrik enerjisi ilə təchiz edəcək.
- Baxış: 340