• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 19.04.2021 09:50

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki sakini Pərviz Salamov, Mingəçevir sakini Feruz Paşayev və Göyçay sakini Emil Eyubov saxlanılıb. Salamovun üzərindən 17.481 qram “heroin” aşkar edilərək götürülüb. Paşayevin idarə etdiyi “KİO-RİO” markalı avtomobilə baxış keçirilən zaman oradan 1 kq 85 qram “heroin” və 5 kq 600 qram  qurudulmuş “marixuana” götürülüb.