• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1024
— 17.04.2021 12:09

Tovuz və Qaradağda 85 millimetrlik top mərmisi aşkar edilib

KepezTV Player

Aprelin 16-da Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub. Baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 85 millimetrlik top mərmisi aşkar edilib. Pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək, müvafiq qaydada zərərsizləşdiriblər. Həmçinin, Tovuz rayonunun Vahidli kəndi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə daxil olmuş zəng əsasında nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerinə baxış zamanı 1 ədəd partlamamış 85 millimetrlik top mərmisi aşkar edilib və götürülərək, aidiyyəti üzrə təhvil verilib.