KepezTV Player
Tərtər ərazisində Vətən müharibəsi zamanı düşmən hücumları nəticəsində yol infrastrukturuna dəymiş ziyanin aradan qaldırılması istiqamətində təmir-bərpa işlərinə start verilib. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub. Düşmənin təmas xəttindən aralıda, dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artileriya atəşə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.
- Baxış: 279