KepezTV Player
Azərbaycan Ordusunun mina partlayışı nəticəsində xəsarət alan hərbçisi şəhid olub. Müdafiə Nazirliyinin məlumatına görə, Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində yaralanan əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.
- Baxış: 407