• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 15.04.2021 16:13

Gəncədə heroin istifadəçisi saxlanılıb

KepezTV Player

"Ağ ölüm"ə qurşanan daha bir cinayətkar saxlanılıb. Gəncə şəhər sakininin həm üzərindən, həm də yaşadığı evdən istifadəsi qadağan olunan maddə tapılıb.

Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, şəhər sakini Yusib Ələkbərov saxlanılıb. Üzərindən çəkisi 1.78 qram olan heroin aşkar edilərək götürülüb.

Asayiş keşikləri daha bir əməliyyatı Ələkbərovun evində aparıblar və şübhələri doğru çıxıb. Oradan da müəyyən miqdarda narkotik maddə aşkar ediliblər.

Cinayət əməli ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.