• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 15.04.2021 16:03

Qazinin anası yol qəzasında ölüb

KepezTV Player

Lənkəranda ölümlə nəticələnən qəza olub.Bədbəxt hadisə rayonun Şıxəkəran kəndində qeydə alınıb. Naməlum avtomobil kənd sakini 53 yaşlı Zülfiyyə Əliyevanı vuraraq hadisə yerindən yayınıb. Təcili tibbi yardım briqadasının köməyi ilə ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib. Mərhum Vətən müharibəsi qazisi Sadiq Əliyevin anasıdır. Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.