• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1161
— 13.04.2021 10:54

"Bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir"

KepezTV Player

Müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır. Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda deyib ki, münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Biz Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri unuda bilmərik. Biz Ermənistan rəhbərliyi tərəfindən törədilən Xocalı faciəsini və onun günahsız qurbanlarını heç vaxt unuda bilmərik. Beləliklə, bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir. Bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır. Çünki ermənilərin yaşayış məntəqələrində törətdiklərini təxminən bilirdik. Zaman-zaman həmin ərazilərə səfər edə bilən bəzi beynəlxalq nümayəndələr tərəfindən bəzi videogörüntülər, bəzi məlumatlar var idi. Yeri gəlmişkən, siz yəqin bilirsiniz ki, Dağlıq Qarabağa qeyri-qanuni səfər edən əcnəbilər sizin getdiyiniz ərazilərə səfər etməkdən məhrum edilmişdilər. Onlar keçmiş Dağlıq Qarabağ inzibati ərazisinin ətrafında yerləşən Ağdama, Füzuliyə və digər ərazilərə gedə bilmirdilər.Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri və azərbaycanlılara qarşı olan nifrəti görsünlər. Çünki bu dağıntılar və xarabalıqlar Birinci Qarabağ müharibəsindən sonra törədilib. Çünki mülki kəndləri müharibə zamanı dağıtmaq mümkün deyil. Onlar bunu Azərbaycan mədəniyyətinin irsini, bu əraziləri bizim yaddaşlardan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər.

Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələ müzakirə edilib

​Prezident İlham Əliyev onu da qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə edib. Dövlət başçısının tapşırığı ilə Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib. Lakin hələlik heç bir cavab gəlməyib. Rəsmi İrəvanın raketlər barədə bəyanatını qəribə adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, onlar gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyirlər. "Deməli, hər halda istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik. Deyə bilərəm ki, bizdə yetərincə məlumat var, amma biz rəsmi açıqlama gözləyirik”. Sitatın sonu.