KepezTV Player
Tovuzda Yol Patrul Xidmətinin əməkdaşları reyd keçiriblər. Piyadalara yol verməyən, nəqliyyat vasitələrinə əlavə avadanlıqlar quraşdıran, dayanma-durma qaydalarını pozan, polisin saxla əmrinə tabe olmayan sürücülər saxlanılıblar. Həmin sükan sahiblərinə qarşı müvafiq qaydada protokollar tərtib edilib. Yol nişanlarının tələbələrini pozan sürücülər və piyadalarla maarifləndirici söhbətlər aparılıb.
Reyd zamanı koronavirusa yoluxduğu üçün ev şəraitində müalicə alan şəxs də aşkar edilib. Onun Tovuz rayon Bayramlı kənd sakini 21 yaşlı Əli Zeynalov olduğu müəyyənləşib. Reyd zamanı qaydaları pozan piyadalar da məsuliyyətə cəlb olunublar.
- Baxış: 438