KepezTV Player
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.On iki dövlətin hərbi attaşelik aparatının 15 nümayəndəsinə hərbi hissə, eləcə də HHQ-nin Vətən müharibəsində həyata keçirdiyi fəaliyyəti haqqında brifinq verilib və onların sualları cavablandırılıb. Qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.
- Baxış: 249