• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 08.04.2021 12:36

54 kq-dan artıq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

KepezTV Player

54 kiloqram 662 qram narkotik vasitələrə bənzər maddələrin və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzulinin Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu qara rəngli Hyundai markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. O, qaçmağa çalışarkən saxlanılıb. Neftçala sakini, 32 yaşlı İxtiyar Dadaşovun əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 6 kiloqram 812 qram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb. Avtomobildəki digər şəxslərin Bakı sakini, Həsən Mahmudov və Sabirabad sakini Sevda Abbasova olmaları müəyyən edilib. Onlar əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildirib.

Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxmini çəkisi 47 kiloqram 850 qram narkotik vasitəyə bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülüb.Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.