Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransı olub.Təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo deyib ki,ermənistan silahlı qüvvələrinin binalara, məscidlərə qarşı vandallıqlarını, kəndlərin yer üzündən silinməsinin şahidi olublar. "Məscidlərdə donuzların, inəklərin saxlanılmasının izlərini, qəbiristanlıqların dağıdıldığını gördük. İşğalçılar tək canlı insanlara deyil, vəfat etmiş insanlara qarşı da vandallıq törədib. Bu, qeyri-insani davranışın təzahürüdür” deyən köməkçi vurğulayıb ki, bərpa prosesi çətin prosesdir. İqtisadi məsələlərlə bərabər, insanlar psixoloji əziyyət də çəkib. İƏT bu məsələlərdə Azərbaycana dəstəyini davam etdirəcək. O, üzv ölkələrin növbəti mərhələdə – yenidənqurma prosesində Azərbaycana dəstək göstərəcəklərinə inandığını da deyib.
Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, təşkilatın daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama isə bildirib ki,müəyyən proqramların icrası ilə məscidlərin, məktəblərin tikintisi təmin edilə bilər.
- Baxış: 202