• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1940
— 07.04.2021 19:22

Monitorinqlərdə beynəlxalq mütəxəssislər iştirak edəcək

KepezTV Player

"İşğaldan azad olunan torpaqlarımızda ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür". Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə görə, Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın konvensiyanın tam hüquqlu üzvüdür. Və Beynəlxalq konvensiyasının mütəxəssisləri yerli həmkarları ilə birlikdə monitorinqlərdə iştirak edəcəklər. "Bu zaman onlar erməni vandallığının şahidi olacaqlar. Bizim Qarabağ bölgəsində yeraltı və yerüstü qiymətli yataqlarımız var. Mineral su ehtiyatlarının 40 faizi bu bölgədə formalaşıb" - deyə nazir müavini bildirib. O, qeyd edib ki, mənfur düşmən ölkəmizin faydalı yataqlarını da dağıdıb. 30 il ərzində 100 min hektar ərazidə yanğınlar törədilib, flora və faunaya böyük ziyan vurulub. Bunlarla bağlı araşdırma aparılır və beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq.