• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2362
— 07.04.2021 15:54

Tovuzda toy mərasimi keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Tovuz rayon Polis Şöbəsinə rayonun Xatınlı kəndində toy mərasiminin təşkili barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 3 nəfər saxlanılan şəxs barəsində isə protokol tərtib olunaraq 200 manat miqdarında cərimə edilib.