• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 07.04.2021 16:18

Sakinlər tibbi aksiyadan yararlanırlar

KepezTV Player

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonun Quşçu kəndində səyyar müayinə aksiyası başlayıb. Ümumdünya Sağlamlıq Gününə həsr edilən və “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada Quşçu, Çovdar, Çaykənd və Şadax kəndlərinin sakinləri ödənişsiz olaraq terapevt, kardioloq, pediatr, ultrasəslə müayinə, exokardioqramma, qanın ümumi analizi və şəkərin təyini müayinələrindən yararlanıblar. Tibbi müayinə aksiyası 3 gün nəzərdə tutulub və təqribən 400 nəfərədək əhalinin müayinə edilməsi planlaşdırılır.