• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1686
— 07.04.2021 16:06

Dini konfessiya rəhbərləri Ağdam Cümə məscidində ibadət ediblər

KepezTV Player

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində şəhərdəki Cümə məscidini ziyarət ediblər.Məsciddə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb və ibadətlər edilib.Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub və Quran tilavət olunub.