• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 06.04.2021 20:36

Vətəni bölünməz edən ölməz şəhidlərimizdən Tural İsmayılov

KepezTV Player

Şəhidlər bizim nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də vüqarımız, qürurumuz, ölməzliyimizdir. İndi haqqında danışacağımız ölməz qəhrəmanlarımızdan biri də Tural İsmayılovdur. Yaşasaydı 22 yaşı tamam olacaqdı. Yenə hər kəs adət etdikləri kimi toplaşıb Turalın ətrafına. Ancaq fəqli məkana. Şəhidlər xiyabanına.

məktəbli:Şəhidlər yatan torpaq- ocağa pirə dönər

Şəhidlər xiyabanı uzaqdan görünər

Şəhidlər qərəfillərlə bürünər

Şəhidlər bu dünyada bir günəşə dönər

Şəhidlər yaşayır bu dünyada həmişə

Şəhidimizin müəllimləri deyir ki, Tural hələ kiçik yaşlarından öz vətənpərvərliyi ilə seçilib. Vətənə olan sevgisi isə Qarabağın azadlığı uğrunda döyüşlər başlayanda ordu sıralarına könüllü olaraq yazılmağa sövq edib onu.

Şikar Baxışov məktəb direktoru: Təbiki onun haqqında danışmaq bizim üçün qürurvericidir. Fəxr edirik belə bir yetirməmizin, övladımızın olması ilə. Məktəb illləri çox yaxşı keçmişdir, tərbiyəli, intizamlı, sözəbaxan, vətənpərvər şagird kimi tanınıb hər zaman. Həmişə də vətən mövzusundan söhbət düşəndə  öndə gedərdi, vətənpərvərlik mövzusunda olan tədbirlərdə aktiv iştirak edərdi. Elə yəqin ki, onun bu xarakteri xasiyyəti də belə bir məqamda onu önə atanlardan etdi. Vətənin darda olduğu gündə o heçbir şeyi fikirləşmədən birbaşa cəphəyə yollandı və həm valideynlərinin həm vətəninin həm də biz müəllimlərinin, kollektivinin başını uca elədi.

Torpağı müqəddəs bilib, Vətənin adını andı sayıb Tural İsmayılov. Döyüş meydanından valideynlərinə hər telefon zəngi xoş müjdə, şad xəbərlər ilə yadda qalıb. Validenləri ilə hər danışığında Azərbaycan bayrağını Şuşada dalğalandıracağına söz verib.

Nürəddin İsmayılov şəhidin atası:Mən oğlumla yaxın dost idim, hər sözünü mənə deyirdi.Mən deyirdim ki, oğlum getmə hərbiyə. Döyüş yoldaşlarına həmişə kömək edirdi.

Nazilə Məmmədova şəhidin anası:Deyirdi ki, sən işləmə mən işləyim.13 yaşından mənim oğlum işləyirdi. Evə qazanc gətirirdi. Tez-tez zəng edirdi ki, “Özünüzə yaxşı baxın mən qürurluyam, Şuşada bayrağı taxıb gələcəm. Ağlama.” Balamın bu gün 22 yaşı tamamdır, şəhidlər cərgəsinə qoşulub balam.

Ailə üzvləri igid döyüşçü ilə sonuncu dəfə noyabrın 5-də əlaqə saxlayıblar. Xalası oğlunun sözlərinə görə, Tural onlarla şəhid olacağını hiss edirmiş kimi danışıb. Ən ali zirvəyə ucalacağını qəhrəmanımız hələ çox əvvəldən duyurmuş.

Valeh Əliyev şəhidin xalası oğlu:Son danışığı ayın 5-i mənlə əlaqə saxladı ki, mən irəliləyirəm. Ondan sonra əlaqəmiz kəsildi. Bu gün biz onun ad gününə yığılmışıq. Özü burda olmasa da şəhidlik zirvəsinə ucaldı.

Briliyant Zeynalova şəhidin qohumu:Bu gün onun ad günüdü, ad gününə toplaşmışıq. Amma çox təəssüf ki, bu gün onun ad gününü bir şəhidin ad günü kimi qeyd edirik. Bu ad günündə özü iştirak etmir. Amma neyniyək torpaq qurban tələb edir.Torpaq uğrunda ölən varsa vətəndir. Övladımız vətən uğrunda gedib. Biz onunla fəxr edirik, fəxr edirik ki, belə bir övladımız var.

Vətənin cəsur oğlu -Tural İsmayılov 3 güllə yarası ilə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra “ Cəsur döyüşçü ”, “Şuşanın azad olunmasına görə ”, “ Vətən uğrunda ” medalları ilə təltif edilib.