• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2032
— 06.04.2021 11:34

Türkiyə bir neçə əlil qazimizi protezlə təmin edib

Beynəlxalq Həkimlər İttifaqı Dağlıq Qarabağ müharibəsindən sonra əzalarını itirən qaziləri Türkiyəyə apararaq protezləri onlara təqdim etməyə başlayıb.3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr ölkəyə ayaq basmadan protezlər istehsal edilib. Layihə çərçivəsində Türkiyəyə gətirilən ilk protez xəstələrə aeroportda taxılıb. Hava limanında protezini alan xəstə daha sonra oteldə ayağa qalxaraq yeriməyə başlayıb.Xəstələrin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra onların Vətənə qayıtmaları təmin ediləcək.