Təhsil işçiləri koronavirus pandemiyası dövründə risk qrupuna daxil olan sahənin əməkdaşları hesab olunur. Odur ki, bu sahədə çalışanlar peyvəndləmə prosesində fəallıq nümayiş etdirirlər.
Artıq ölkədə təhsil sahəsində çalışan tam heyətin vaksinasiyasına başlanılıb. Proses Gəncədə də öz axarıyla davam edir. Şəhərin tədris müəssisələrində fəaliyyət göstərən müəllim və texniki işçilər covid-19 infeksiyasına yoluxmamamq üçün könüllü olaraq vaksinasiyadan keçirlər.
Respublikanın digər yerlərində olduğu kimi Gəncədə də yaşından asılı olmayaraq bütün təhsil işçilərinin peyvəndlənməsi həyata keçirilir. Yaşlı və orta yaşlı heyətin vaksinasiya prosesi demək olar ki başa çatmaq üzrədir.
Yoluxma sayı artdığı üçün ölkənin bir sıra şəhər və rayonlarında, o cümlədən Nizami yurdunda bütün məktəblərdə distant təhsilə keçilib. Belə olduqda ən böyük yük valdeynlərin üzərinə düşür.
Gəncədə təhsil sahəsində 5000-dən çox pedoqoji və texniki işçi çalışır. Onların da böyük bir qismi – təxminən 3000-dən çoxu artıq vaksinasiya olunub.
- Baxış: 348