• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1875
— 05.04.2021 16:03

Yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

KepezTV Player

Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Mehman Pərvanəyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi və rayon ərazisindəki çayxanalardan birində olması müəyyən edilib. Polis əməkdaşları tərəfindən müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Mehman Pərvanəyevi yaşadığı evə göndərib. Fakla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.