• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 05.04.2021 15:54

Fəaliyyət planı ticarətdəki maneələrin aradan qaldırılmasına xidmət edir

KepezTV Player

2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafına dair fəaliyyət planı ticari-iqtisadi əməkdaşlığın əsasını təşkil edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Fəaliyyət planı ticarətdəki maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturunun inkişafının təmin olunması, birgə elmi intensiv istehsalatların yaradılması, Azərbaycan iqtisadiyyatının səmərəliliyinin artırılması üçün Rusiya texnologiyalarından istifadə, qarşılıqlı turizm mübadiləsinin artması üzrə beş yol xəritəsini əhatə edir. 2021-ci ilin əvvəlindəki vəziyyətə görə, iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb.