• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2217
— 05.04.2021 12:15

Yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

KepezTV Player

Qazax rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Mehman Pərvanəyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi və rayon ərazisindəki çayxanalardan birində olmasını müəyyən edib. Pərvanəyev polis əməkdaşları tərəfindən müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərilib.***

Balakən Rayon sakini Arifə Tahirovaya da ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Tibb işçilərinin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb. Barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.