KepezTV Player
“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan ərazisinə hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları ərazidən qaçmağa çalışarkən saxlanılıb. Saxlanılan şəxslərin İran vətəndaşı 49 yaşlı Həmid Dərgahi və Xızı rayon sakini 37 yaşlı Elxan Həsrətquliyev olması müəyyənləşdirilib. Əllərindəki bağlamada 865 qram heroinə və 1900 qram marixuanaya bənzər maddələr aşkar olunaraq götürülüb.
- Baxış: 928