Yaz və yay insanların ən çox sevdiyi fəsillər hesab edilir. Çünki gəzmək və istirahət etmək üçün bu fəsillərdə dağlıq ərazilərə, meşələrə, parklara daha çox üz tutulur. Elə bunları nəzərə alan Ekologiya və Təbii Sərvətlər nazirliyi “Göygöl” Milli parkında yeni turizm marşrutları təşkil edib.
Əksər ziyarətçilər Göygöl Milli parkına gəldikdə düşünürlər ki, burada yalnız Göygöl və Maragölü gəzmək münkündür. Əslində isə bu belə deyil. Parkın ərazisində 10 istiqamətdə ekoturizm marşrutu mövcuddur. Milli parkın gəzməli-görməli yerləri ilə tanış olmaq, qeyri-adi gözəlliklərə şahidlik etmək üçün Ekologiya və Təbii sərvətlər nazirliyi qonaqlara geniş imkanlar yaradıb. Ərazidə 423-dən çox bitki növü, eləcə də adı qırmızı kitaba düşən heyvanlar mövcuddur ki, turistlər marşutlar boyu onlardan bəzilərini görmək şansını da qazanırlar.
Göygöl Milli Parkında mənzərəli ərazilərdən keçən yenilənən infratrukturda gəzintiyə çıxanlar çəkinmədən hərəkət edə bilərlər. Çünki marşrutlar təyin edilərkən insanların təhlükəsizliyi də maksimum düşünülüb.
12755 hektar ərazisi olan və Göygöl dövlət təbiət qoruğunun əsasında 2008-ci ildə yaradılan Göygöl Milli Parkı 2015-ci ildən etibarən turistləri qəbul edir.
- Baxış: 241