• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 03.04.2021 20:20

"Kəpəz"in fiaskosu davam edir

KepezTV Player

Cüdo və şahmatdan fərqli dünya futbolunda istər oyunçularımızın, istərsə də Azərbaycan yığmasının mövqeyi arzuolunan deyil. Ürəyi yaralı olan gəncəli azarkeşlərin isə milli komanda ilə yanaşı, "Kəpəz" sarıdan da bəxti gətirməyib. Birinci divizionda 19-cu turun oyunları çərçivəsində səfərdə çempionatın autsayderi "Sumqayıt-2" komandasına qonaq olan "Kəpəz", yenə azarkeşlərini məyus edib. "Sarı-göylər" bu dəfə meydandan 0:2 hesabı ilə məğlub ayrılıblar.19-cu oyununda 8-ci məğlubiyyətini alan Nizami yurdunun təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Gəncə və "Kəpəz" adına layiqli çıxış etməyən komandanın 23 xalı var.