• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 03.04.2021 21:18

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib

KepezTV Player

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrdə  komanda-qərargah təlimi keçirilib. Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatlarının planlaşdırılması hərbi qərar qəbuletmə prosedurlarına uyğun olaraq keçirilib. Praktiki fəaliyyətlərə cəlb edilmiş tabor taktiki qrupunun bölmələri şərti düşmənin həmləsini dəf edərək onun canlı qüvvəsinə, zirehli texnikasına atəş zərbələri endirməklə hücum edən bölmələr üçün əlverişli şərait yaradıblar. Təliminin sonuncu mərhələsi qəbul edilmiş qərarların, aparılmış hesabatların reallığının, bölmə komandirləri tərəfindən fəaliyyətlərin Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə reallaşıb. Kompüterlər vasitəsilə bölmə komandirləri ərazinin relyefindən istifadə etməklə düşmənə yaxınlaşma, manevr bölmələrinin atəş təminatı və yaranmış taktiki şəraitdə çevik qərar qəbuletmə bacarıqlarını təkmilləşdiriblər.

Təlimin sonunda fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub və qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb

Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib. Bildirilib ki, bu gün peşəkar hərbi qulluqçu kimi buraxılış mərasimi keçirilən gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular da Vətən müharibəsi döyüşlərində iştirak edən igid oğulların yolunu davam etdirəcək, Vətəni qorumaq kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər. Kursları müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar. Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.