KepezTV Player
Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.Şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanışlıq olub. O cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçirilib. Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunmuşlar.
- Baxış: 221