KepezTV Player
Göygöl milli parkının yaranması günü ilə əlaqədar bu gün parkda “açıq qapı” günü keçirilir və ziyarətçilər giriş haqqından azad olunub.Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözəlliyi və füsunkarlığı ilə diqqət çəkən Göygöl milli parkının mənzərəli təbiətini görmək istəyən hər kəsi milli parka dəvət edir.Göygöl milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb.
- Baxış: 435