• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 31.03.2021 16:01

Sosial təminatla bağlı vəziyyət açıqlandı

KepezTV Player

2021-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, yaşa görə müavinət alanların sayı 100,2 min , əlilliyə görə 182,5 min, ailə başçısını itirməyə görə 49,2 min, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 min, digər müavinətləri alanların sayı isə 27,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmək pensiyası almaq hüququ olmayan 2,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib. 2020-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 75996 ailəyə 77644 uşağın anadan olmasına, 5508 nəfərə isə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edildiyinə görə birdəfəlik müavinətlər verilib. Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 287,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.